Sumqayıtda “103”ə zənglə bağlı problem həll olundu - Yenilənib

sumqayitda-103e-zengle-bagli-problem-hell-olundu
Oxunma sayı: 676

Sumqayıtda təcili yardıma müraciətlə bağlı texniki problem yaranıb.

Bu barədə “Qafqazinfo”ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, baş vermiş texniki nasazlıq ilə əlaqədar Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” qısa nömrəsinə zənglərdə çətinlik müşahidə olunur. 

Problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq xahiş olunur: (018) 656-03-03, (018) 643-03-20.

Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq qurumla koordinasiyalı iş aparılır.

***

Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” qısa nömrəsinə zənglərdə çətinlik aradan qaldırılıb.