Sumqayıtda 6 maşının iştirakı ilə qəza - Xəsarət alanlar var+Fotolar

sumqayitda-6-masinin-istiraki-ile-qeza
Oxunma sayı: 360

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, BMW, “Hyundai” markalı iki avtomobil, habelə “Opel”, “Toyota” və “Kia” markalı minik avtomobilləri toqquşublar.

Hadisəyə BMW markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir.

Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə “Opel” markalı avtomobilə, daha sonra isə yol kənarında dayanan digər avtomobillərə çırpılıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hazırda onların sayı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev