Sumqayıtda ağır qəza - Yaralılar var-Video

sumqayitda-agir-qeza
Oxunma sayı: 587

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili ilə “Hyundai” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev