AFFA İntizam Komitəsinin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, “Sumqayıt” komandası 5000 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmayacaq, “Sumqayıt” komandası 5000 manat cərimə edilib.
Son xəbərlər
Son Xəbərlər