Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audiomaterialların müvafiq nişanlanma yayılması olmadan yayılması qadağan edilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, foto, video və ya audiomaterialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Qeyd: Bu maddədə “nişanlanma” dedikdə, foto, video və ya audiomaterialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər