Ölkənin qabaqcıl tibbi müəssisələrindən biri olan “Sunlab Medical” Şirkətlər Qrupu fəaliyyətinin 10 illik yubileyini qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, “Hər həyat dəyərlidir!” şüarı altında keçirilən yubiley tədbirində dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin, peşə assosiasiyalarının rəhbərləri və nümayəndələri iştirak edərək şirkəti əlamətdar tarix münasibətilə təbrik ediblər.
2016-cı ildə laboratoriya kimi fəaliyyətə başlayan “Sunlab Medical” ötən on il ərzində xidmət istiqamətlərini genişləndirərək laboratoriya və tibbi xidmətlər sahəsində fəaliyyətini inkişaf etdirib. Şirkətin fəaliyyətinin əsas prinsiplərini dəqiq nəticələr, xidmət keyfiyyəti və pasiyent məmnuniyyəti təşkil edir.
Şirkətin təsisçisi İlkin Nəsirov bildirib ki, “Sunlab Medical” fəaliyyətinin ilk günündən etibarən məsuliyyət və sıfır xəta prinsipini əsas götürüb: “Biz bir kommersiya qurumu olsaq da, hər zaman əsas prioritetimiz pasiyent məmnuniyyəti, insanların sağlamlığı ilə bağlı qərarlarda mümkün qədər səhvlərə yol verilməməsi olub. Çünki şüarımızda da deyildiyi kimi, bizim üçün hər həyat dəyərlidir”.
“Sunlab Medical” Şirkətlər Qrupunun direktoru Elmir Səfərli şirkətin inkişafında keyfiyyət standartlarının və müasir idarəetmə yanaşmalarının əhəmiyyətini vurğulayıb: “Fəaliyyətimizdə qabaqcıl keyfiyyət standartlarını tətbiq edir, müasir korporativ idarəetmə mədəniyyətini inkişaf etdiririk. Məqsədimiz bu prinsiplər əsasında xidmətlərimizi və fəaliyyət miqyasımızı genişləndirməkdir. Bu istiqamətdə inkişafımızı davam etdiririk. Yaxın aylarda “Sunlab Medical” Şirkətlər Qrupunun daha iki yeni mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır”.
İnkişaf planlarına əsasən, keçmiş “Avrasiya” klinikasının bazasında tamamilə yenilənmiş “Sunlab Medical” Azadlıq filialı fəaliyyətə başlayacaq. Qısa müddət sonra isə “Sunlab Medical” Yaşlanma Əleyhinə Mərkəzinin (“Sunlab Medical” Longevite filialı) açılışı nəzərdə tutulur.
“Sunlab Medical” Şirkətlər Qrupu yeni inkişaf mərhələsində xidmət keyfiyyətinin yüksəldilməsini, müasir idarəetmə prinsiplərinin tətbiqini və tibbi xidmət imkanlarının genişləndirilməsini əsas hədəfləri kimi müəyyənləşdirib.





Son xəbərlər
Son Xəbərlər