Suraxanıda növbəti səyyar görüşlər keçirildi - Fotolar

suraxanida-novbeti-seyyar-gorusler-kecirildi
Oxunma sayı: 229

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Qaraçuxur qəsəbəsində yerləşən 285 saylı, Bülbülə qəsəbəsində yerləşən 232 saylı tam orta ümumtəhsil məktəblərində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşlərdə RİH başçısının müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüş zamanı A.Əliyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışaraq qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən, sabitlik və təhlükəsizliyin təmin olunduğu ölkələrdən biridir. O vurğulayıb ki, dövlət siyasətinin əsas prioritetlərindən biri vətəndaşların rifahının və rahat yaşayışının təmin edilməsidir.

RİH başçısı tərəfindən vətəndaşların müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.