Suraxanıda səyyar görüşlər davam edir - Fotolar

suraxanida-seyyar-gorusler-davam-edir
Oxunma sayı: 2250

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri iyulun 16-sı Bülbülə qəsəbəsi, Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində, iyulun 23-ü isə Yeni Suraxanı qəsəbəsi 316 saylı tam orta məktəbdə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşlərdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Müraciətlər əsasən su təchizatında son günlər yaranmış fasilələr, asfalt örtüyünün vurulması, kanalizasiya xətlərinin çəkilməsi, nəqliyyat problemləri və s. bir sıra digər məsələlərlə bağlı olub.

Qeyd edilən müraciətlərin bir qismi həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə İcra Hakimiyyətinin başçısı tərəfindən həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.