Suraxanının bu ərazilərində qaz olmayacaq

suraxaninin-bu-erazilerinde-qaz-olmayacaq
Oxunma sayı: 324

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.