Suriya ordusu Deyrizor vilayətində strateji neft və qaz yataqlarını nəzarətə alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hökumət mənbələri bu hərbi irəliləyişin vilayət boyunca təxminən 150 km uzunluğunda ərazilərdə nəzarətin bərpası ilə nəticələndiyini bildirib.
Rəsmi açıqlamada bildirilir ki, bu əməliyyat nəticəsində hökumət qüvvələri Deyrizora nəzarəti təmin edib.
Suriya Prezidenti Əhməd əl-Şaraa (Culani) neft və digər strateji mənbələrin qruplaşmaların alətinə çevrilməməsi üçün bu addımın vacib olduğunu bildirib.




Son xəbərlər
Son Xəbərlər