Suriyada da güclü partlayış səsləri eşidilib

suriyada-da-guclu-partlayis-sesleri-esidilib
Oxunma sayı: 422

Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum fonunda hava məkanını mülki uçuşlar üçün tamamilə bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb:

“İrandan atılan raket zərbələrindən sonra Dəməşq səmasında, Suriyanın cənubundakı bir neçə rayonda və işğal olunmuş Qolan təpələrində güclü partlayış səsləri eşidilib”.

İsrailin “Ynet” portalının yaydığı məlumata görə isə İran tərəfi raketləri birbaşa İsrail istiqamətinə yönəldib. İsrail Müdafiə Ordusu (IDF) ölkə ərazisinə doğru təxminən dörd raket buraxılışının qeydə alındığını açıqlayıb.

Daha sonra IDF-in mətbuat xidməti bəyanat yayaraq İrandan atılan bütün raketlərin havada uğurla zərərsizləşdirildiyini bəyan edib. Bildirilib ki, ölkənin Hava Hücumundan Müdafiə (HHM) sistemləri hazırda bütün aktiv təhdidləri izləyir və dərhal məhv edir.