Suriyada hərbi aerodroma zərbə endirildi

suriyada-herbi-aerodroma-zerbe-endirildi
Oxunma sayı: 427

Suriyanın İdlib əyalətində Əbu-Duhur hərbi aerodromuna zərbə endirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən “France-Presse” agentliyi yayıb. 

Hücumun müəyyən edilməyən uçuş aparatları ilə edildiyi bildirilib. 

Məlumata görə, aerodrom uçuşlar üçün istifadə edilməsə də, orada ölkənin Müdafiə Nazirliyinin qüvvələri mövcuddur.