Sürücü sükan arxasında öldü - Mikroavtobus qəzaya uğradı

surucu-sukan-arxasinda-oldu
Oxunma sayı: 3333

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürəktutmadan vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı