Sürücülük hüququ olmayan gənc qəza törətdi, dostu öldü - Anbaan görüntülər

suruculuk-huququ-olmayan-genc-qeza-toretdi-dostu-oldu
Oxunma sayı: 2207

Qaxda avtomobil işıq dirəyinə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qax şəhəri H.Əliyev prospektində baş verib.

Belə ki, Məmmədov Kənan Vasif oğluna məxsus “Opel Astra” markalı 34-BG-587 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tətəfindən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Faktla baglı araşdırma aparılır.

***

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Eyni zamanda 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu həyatını itirib.

***

Baş DYP İdarəsindən bildirilib ki, hadisəni törədən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ olmayıb: “Bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsi kimi kobud qayda pozuntularının ağır və faciəvi nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır. İdarə bir gəncin həyatına son qoyan bu faciədən düzgün nəticə çıxarmağa, sürücülük hüququ olmayan şəxslərə avtomobil verməməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”.

Mübariz Muradov