Şuşa-Laçın yolunda bədbəxt hadisə - İki nəfər ölüb

susa-lacin-yolunda-bedbext-hadise
Oxunma sayı: 1023

Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.

Belə ki, yolun inşasında çalışan şirkət əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı