Svensson da “Beşiktaş”dan ayrıldı

svensson-da-besiktasdan-ayrildi
Oxunma sayı: 466

“Beşiktaş” futbolçusu Yunas Svenssonla yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Norveçli müdafiəçi ilə müqaviləyə qarşılqılı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2024-cü ilin yayından “Beşiktaş”da çıxış edirdi.

Xatırladaq ki, İstanbul nəhəngi bir neçə gün öncə qapıçısı Mert Günokla da yolları ayırıb.