Tacikistanda zəlzələ oldu, 5 nəfər öldü

tacikistanda-zelzele-oldu-5-nefer-oldu
Oxunma sayı: 1257

Tacikistanın şimalında 5.9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir ki, nəticədə 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:14-də qeydə alınıb.

Məlumata əsasən, zəlzələnin episentri Xucand şəhərindən 169 kilometr cənub-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.