“Qarabağ”ın prezidenti Tahir Gözəl AzTV-yə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun rəhbəri “Neftçi” ilə oynayacaqları Premyer Liqa matçının təxirə salınmasını istədiklərini bildirib:
“Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.
Qeyd edək ki, “Qarabağ” fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la, fevralın 21-də "Neftçi" ilə qarşılaşacaq. Ayın 24-də isə “Qarabağ”ı İngiltərə səfəri gözləyir.
Son xəbərlər
Son Xəbərlər