Tanınmış fotoqraf vəfat etdi

taninmis-fotoqraf-vefat-etdi
Oxunma sayı: 3468

Tanınmış fotoqraf Asim Talıbov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, uzun illər müxtəlif qurumlarda çalışmış fotoqraf 75 yaında vəfat edib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Asim Talıbov Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən olub.

Qeyd edək ki, A.Talıbovun oğlu, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi-fotoqraf Şamil Talıbov ötən ilin sentyabrında uzunsürən xəstəlik səbəbindən vaxtsız vəfat etmişdi.

Fotoda Şamil Talıbov