Tanınmış musiqiçi vəfat etdi

taninmis-musiqici-vefat-etdi
Oxunma sayı: 4752

Tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 57 yaşlı musiqiçi Bakıda qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı.

M.Nəcəfzadə əməkdar artist İlham Nəcəfovun qardaşıdır.