Mənimsəmədə ittiham olunan sahibkarla bağlı araşdırma gedir - Yenilənib

menimsemede-ittiham-olunan-sahibkarla-bagli-arasdirma-gedir
Oxunma sayı: 17658

Azərbaycanda tanınmış qadın sahibkar yarım milyonluq mənimsəmədə ittiham edilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızı işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəyib. İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb.

Xəbəri rus dilində oxuyun: Азербайджанский шахматист из-за Украины отказался от соревнований ФИДЕ

Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

***

Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, məlumat əsassızdır: "Hazırda həmin xanım bizim əməkdaşımızdır, fəaliyyətini davam etdirir".

***

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən məsələ haqda araşdırma gedir: "Sara Group" QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır. Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək". 

Amin Nəzərli