Taxıl daşıyan ilk gəmi İstanbula çatdı - Foto+Yenilənib

taxil-dasiyan-ilk-gemi-istanbula-catdi
Oxunma sayı: 2738

Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu gəmi yerli vaxtla təxminən saat 21:00-da İstanbulda Bosfor boğazına çatacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəminin yoxlanılmasına sabah səhər saatlarında başlanacaq.

Qeyd edək ki, Ukraynadan taxıl daşıyan ilk gəmi dünən yola düşüb.

***

Ukraynanın Odessa limanından çıxan gəmi Qara dənizə çatıb.

“Dünən Ukraynanın Odessa limanından yola düşən taxıl ilə yüklənmiş “RAZONİ” yük gəmisi İstanbul Bosfor boğazında Qara dənizin girişinə çatıb və ona ayrılan yerdə lövbər salıb”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.