Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Azərbaycan Respublikasının bayrağı olan stend aşırdılıb, stenddəki dövlət bayrağımızın üzəri isə cızılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 29-da qeydə alınıb.
Gürcüstan bayrağına isə zədə yetirilməyib.
Qeyd edək ki, stend Azərbaycan və Gürcüstan dostluğunun simvolu olaraq ərazidə basdırılmış ağacların önündə yerləşirdi.



Son xəbərlər
Son Xəbərlər