Tbilisidə etirazçılar Prezident Sarayının ərazisinə basqın etdilər - Fotolar

tbiliside-etirazcilar-prezident-sarayinin-erazisine-basqin-etdiler
Oxunma sayı: 3677

Tbilisidə etiraz aksiyaları keçirilir. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.

“Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.

Etirazçılar hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.