Tbilisidəki bu məşhur tikili söküləcək

tbilisideki-bu-meshur-tikili-sokulecek
Oxunma sayı: 7246

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzindəki “Rike” parkda yerləşən və italyan arxitektor tərəfindən qeyri-adi üslubda inşa olunan “səhənglər” adlı tikili söküləcək.

“Qafqazinfo” “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, bunu şəhər meri Kaxa Kaladze deyib.

O qeyd edib ki, layihə şəhər planlaşdırılmasına uyğun gəlmir.

Kaladze binanın yerində mehmanxananın inşa olunacağını istisna etməyib.

Qeyd edək ki, “səhənglər” adlı tikili Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin təşəbbüsü ilə inşa olunub.