Təhlükəsizliyinə görə tədbirə getmədi - “Nobel”i qızına verildi - Video

tehlukesizliyine-gore-tedbire-getmedi
Oxunma sayı: 1382

Norveçin paytaxtı Oslo şəhərində Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xarici mətbuata istinadən istinadən xəbər verir ki, bu il mükafata layiq görülən venesuelalı siyasətçi Maria Korina Maçado təhlükəsizlik məsələlərini əsas gətirərək təqdimetmə mərasimində iştirak etməyib.

Onun adından mükafatı qızı Korina Sosa Maçado qəbul edib. 

58 yaşlı siyasətçi “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi istiqamətində yorulmaz fəaliyyətinə” görə 2025-ci ilin oktyabrında Sülh üzrə Nobel mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan, o, seçkilərdə başqa namizədlə əvəzlənib.

Maçado 2024-cü il seçkilərindən sonra harada olmasını gizlədir. O, mütəmadi olaraq sosial şəbəkələrdə videomüraciətlər paylaşır, lakin yerinin müəyyənləşməməsi üçün bunu adətən neytral ağ divar fonunda edir. 

Fotoda: Maria Korina Maçado