“Təhsil TV”yə yeni direktor təyin edildi

tehsil-tvye-yeni-direktor-teyin-edildi
Oxunma sayı: 627

“Təhsil TV”nin direktoru vəzifəsinə təyinat olub.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Nəzərov təyinat alıb.

B.Nəzərov müxtəlif illərdə “Space” TV-də, “İnterfaks-Azərbaycan”da, “ATV International”da, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb. O, 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.