“Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video

tehsilin-rektor-olmaga-ne-dexli-var-ki
Oxunma sayı: 730

“Şərurlu İsfəndiyar” kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, iş adamı “Zarafat bir yana” verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdən birinin rəsmi rektoru elan etdiyini bildirib:

“Hazırda çox gözəl məktəblər tikirəm. Tək bir məktəbim 10 min kvadratdır. Allahın izni ilə, qurtaranda sizi dəvət edəcəyəm. Bəlkə də Azərbaycanda elə bir məktəb yoxdur. Məktəblərdən biri “Vasmoy”da, “Həzi Aslanov” metrosunun yaxınlığındadır, biri “Kubinka”da, biri də Hövsandadır. Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam, əmrim var. Həmin sənədi sizə göstərə bilərəm”.

Aparıcının “Təhsil almadan rektor?” sualına isə tikinti maqnatı özünəməxsus cavab verib:

“Rektorun təhsilə nə dəxli var ki? Bu, sadəcə bir vəzifədir”.