Tələbə adı qazananların 4 mindən çoxu subbakalavrdır

telebe-adi-qazananlarin-4-minden-coxu-subbakalavrdir
Oxunma sayı: 428

Bu il 4215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri ali məktəblərə qəbul olunub.

Qəbul olunanlar arasında 4 215 subbakalavr da yer alıb.

Subbakalavrların 3 012-si ödənişli, 1 145-i dövlət sifarişi, 58-i isə dövlət hesablı əsaslarla ali təhsil almaq hüququ qazanıb.