Cəlilabad rayonunda yük avtomobilinin altında qalan şəxs xilas edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sabrabad kəndində baş verib.
Belə ki, kənd sakini Xanhüseyn Abbasov “ZIL” markalı yük avtomobilində təmir işləri aparararkən qaldırıcı kranı buraxması səbəbindən avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayonunda yerləşən xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onu avtomobilin altından çıxararaq xilas ediblər.
Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər