İmişli rayonunda şin partlayışı zamanı usta xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində baş verib.
Qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini aparan usta xəsarət alıb.
Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, İmişli rayonu ərazisində iş yerində təkər partlaması nəticəsində xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) 16.08.2026-cı il tarixində saat 16:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona gicgah sümüyünün köndələn sınığı, kəllə əsası sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Klinik Xəstəxanasına təxliyə olunub.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər