Tərtərdə piyadanı maşın vurub öldürdü

terterde-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 380

Tərtər rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər hadisə rayonun Bayandurlu kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonunun Xoruzlu kənd sakini Tural Nəbiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada – 55 yaşlı Qəribxan Əliyevi vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılmaq istənilsə də, yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı