“Azera Holdinq”ə daxil olan və regionda tekstil sənayesində xüsusi çəkiyə malik “Katan Tekstil” şirkəti müasir standartlara cavab verən geyimlərin istehsalı ilə tanınır. Bu gün ölkəmizdə fəaliyyət göstərən bir çox tanınmış şirkətlərin korporativ geyimləri və fərdi sifarişlər məhz “Katan Tekstil” brendinə məxsusdur. Məqsəd müştərilərə yüksək keyfiyyətli məhsullar təqdim etməkdir.
Hazırda fəaliyyətini uğurla davam etdirən şirkət tərəfindən səhiyyə, xidmət, iaşə və aqrar sektorda çalışan əməkdaşlar üçün işçi geyimləri, xüsusi uniformalar və müxtəlif tekstil məhsullarının istehsalı həyata keçirilir. Müəssisədə bütün geyimlər müasir tikiş avandanlıqları vasitəsilə peşəkar komanda tərəfindən hazırlanır. İstehsal prosesində xaricdən gətirilən yüksək keyfiyyətli parçalardan istifadə olunur. Paralel olaraq müəssisədə müxtəlif çeşiddə parçaların toxunması da həyata keçirilir. Toxunan süprəm, lakoste, darpus, iki iplik, üç iplik, ribana, kaşkorse, interlok və digər parça növlərindən müasir korporativ, fərdi geyimlər hazırlanır.
Müəssisədə geyimlərin kəsimindən qablaşdırma prosesinədək bütün mərhələlər yüksək dəqiqliklə icra olunur. Sifarişlər müştərilərin istəyinə uyğun fərdi dizayn edilir. “Katan Tekstil” yerli tekstil sənayesində özünəməxsus yanaşması ilə rahat və keyfiyyətli geyimlərin istehsalında fərq yaradır.
Korporativ və fərdi geyimlərin sifarişi üçün: +994 10 521 51 58
Son xəbərlər
Son Xəbərlər