Tətil günlərində 230 yanğın baş verib - Video

tetil-gunlerinde-230-yangin-bas-verib
Oxunma sayı: 393

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

“Qafqazinfo”nun məlumatına görə, FHN məlumat yayıb.

Belə ki, nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 46 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 81 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr zamanı 6 nəfər həyatını itirib.