Tətil günlərində yol qəzalarında 10 nəfər ölüb

tetil-gunlerinde-yol-qezalarinda-10-nefer-olub
Oxunma sayı: 1222

Azərbaycanda Novruz bayramı və sonrakı tətil günlərində yol qəzalarında 10 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev "Qafqazinfo"ya bildirib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər vəfat edib. Bayramdan sonrakı şənbə-bazar günlərində isə 3 nəfər yol qəzalarında həyatını itirib.

Müqayisə üçün bildirək ki, ötən il Novruz bayram günlərində yol-nəqliyyat hadisələri zamanı 14 nəfər ölmüşdü.