TFF prezidentindən qalmaqallı açıqlama - “371 hakim mərc oyunları oynayır”

tff-prezidentinden-qalmaqalli-aciqlama
Oxunma sayı: 1449

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu qalmaqallı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, Türkiyədəki hakimlərin əksəriyyətinin mərc saytlarında hesabı var:

“571 aktiv hakimdən 371-nin mərc hesabı var. 152-si aktiv olaraq mərc edir. Bir hakimin təkbaşına 18 min 227 dəfə mərc etdiyini öyrəndik. 42 hakimdə isə bu göstərici 1000-nin üzərindədir. Bəzi hakimlər isə bir dəfə bunu ediblər. Bugündən etibarən İntizam Komitəsi bu işlərlə məşğul olacaq”.