Türk Hava Yolları (THY) Qırğızıstanın paytaxtı Bişkekə bu gün və sabah həyata keçirilməsi planlaşdırılan reyslərin qarşılıqlı olaraq ləğv edildiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, THY-nin mətbuat xidməti məlumat yayıb.
“Bişkekdəki əlverişsiz hava şəraiti səbəbindən THY-nin bu gün axşam saat 18.05-də İstanbul Hava Limanından Bişkekə uçan “TK 346” reysi və sabah edilməsi planlaşdırılan “TK 347” Bişkek-İstanbul reysi ləğv edilib”, - məlumatda qeyd olunub.