Yenilənmiş platforma sahibkarlar və yeni tikili çoxmənzilli bina sakinləri üçün daha sürətli, şəffaf və rahat xidmət imkanları təqdim edir.
“Sabah Facility Management Services” idarəetmə sahəsində innovativ yanaşma tətbiq edərək yaşayış və kommersiya obyektlərinin dəyərini artıran müasir idarəetmə xidmətləri təklif edir.
.jpg)
Daşınmaz əmlak idarəetməsi sahəsində 8 ildən çox təcrübəyə malik olan şirkətin təsisçisi Elxan Orucov bildirir ki, bu illər ərzində Türkiyə, Qazaxıstan və Almaniya təcrübəsini öyrənərək ölkəmizdə tətbiq edirik. Əsas fəaliyyət istiqamətimiz yeni tikili çoxmənzilli binaların idarə olunması ilə yanaşı, biznes mərkəzləri, kommersiya obyektləri, parkinq xidmətləri və digər daşınmaz əmlak layihələrində innovativ yanaşma tətbiq etməklə xidmət keyfiyyətini artırmaq, sahibkarların maraqlarını qorumaq, müştərilərin məmnunluğunu təmin etməklə uzunmüddətli müştəri potensialını qorumaqdan ibarətdir.
Ölkəmizdə əmlak sahəsi ilə əlaqədar qanunvericilikdə boşluqların olması, birgəyaşayış qaydalarının təsdiq edilməməsi, idarəetmə planının olmaması və xidməti normativlərin yoxluğu birçox çətinliklər yaratsa da,
beynəlxalq təcrübənin verdiyi imkanlar bizim üçün bir neçə istiqamətdə xidmətdə olan çətinlikləri aradan qaldırmağa imkan yaradır.
Məhz bu məqsədlə hər bir layihə üçün İdarəetmə (Facility Management), Konsaltinq (consulting), hüquq, maliyyə, texniki audit kimi xidmətlərimiz mövcuddur.
Yerli əmlak sektorunun reallığını nəzərə alsaq, tikinti şirkətləri əsasən satışlara fokuslandığı üçün idarəetmə ilə bağlı məsələlər bir o qədər əhəmiyyət vermir, xərclər təxmini müəyyən edilir, kommunal haqlar düzgün müəyyən edilmir, hüquqi baza formalaşdırılmır və xərclər inşaat hesabına qarşılanır. İlk başda problem yoxmuş kimi görünsə də əsas risklər tikinti bitdikdən sonra başlayır. Gəlirlər xərcləri ödəmir,maliyyə çatışmazlığından xidmətin keyfiyyəti aşağı düşür, sistemsizlik və nəzarətin olmaması müştərilərin narahatlığına səbəb olmaqla yanaşı, binaların vaxtından əvvəl istismar olmasına gətirib çıxarır. Beləliklə əmlak real bazar dəyərini itirməklə birlikdə, sahibkara zərər dəyir və sakinlər arasında ciddi narahatlığına səbəb olur.
Bu kimi uyğunsuzluqların yaranmaması üçün riskləri öncədən qarşılamaq əsas şərtdir:
Bunun üçün biz nə edirik?
.png)
Tikinti mərhələsindən başlayaraq binanın gələcək idarəetmə modelinin qurulmasını həyata keçirməklə, etibarınızı qoruyur və Satış prosesində əlavə üstünlük veririk;
- Müştərilərə hazır idarəetmə sistemi təqdim edilir
- Premium xidmət imici formalaşır
- Mənzillərin satışında etibar artır
Şəffaf və rəqəmsal maliyyə sistemi üçün;
- Nağdsız ödəniş sisteminə inteqrasiya
- Avtomatik hesabat və borc bildirişləri
- Tam maliyyə şəffaflığı
- Mərkəzi məlumat sisteminin qurulması
- Düzgün kommunal tariflərin hesablanması
- Onlayn ödəniş sisteminin qurulması
- CRM Proqram təminatından ödənişsiz istifadə imkanı
- Elektron sənəd dövriyyəsi
Əməliyyat xərclərinin optimallaşdırılması Sizə nə verir?
- Texniki xidmətlərin planlı idarə olunması
- Enerji və resurslara qənaət
- Uzunmüddətli istismar xərclərinin azaldılması
- Avtomatik nömrətanıma sisteminin tətbiqi
- Liftlərə kart sistemlərinin tətbiqi
- Üztanıma (face control) sisteminin qurulması
- Ödənişli parkinq xidmətləri
Hüquqi uyğunluq və idarəetmə standartları, yəni Kompleks xidmət paketi nədir?
- Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun idarəetmə
- Tariflərin (mütləq ödəniş və haqq) düzgün hesablanması
- Sakinlərlə münasibətlərin düzgün qurulması
- Mübahisələrin minimuma endirilməsi
- Hüquq, maliyyə-mühasibatlıq, HR xidmətləri
- Məhkəmə mübahisələri ilə bağlı vəkil dəstəyi
- Kommunal xidmətlər ilə bağlı debitor borcların yığılması və hüquqi tədbirlərin görülməsi
- Texniki xidmət və mühəndis sistemlərinə xidmət
- Təmizlik və sanitariya xidmətləri
- Təhlükəsizlik və nəzarət sistemləri
- Konsyerj və resepşn xidmətləri
Bir sözlə bu xidmətlərimizdən istifadə imkanları, layihələrin uzunmüddətli dəyərini qoruyur, şəffaflığı təmin edir, gəlirləri artırır və müştəri məmnunluğunu təmin edir.
Xidmətlərimiz kimlər üçün nəzərdə tutulub?
- İnşaat şirkətləri
- Yaşayış kompleksləri
- Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri
- Biznes və ticarət mərkəzləri
- Otellər və sənaye obyektləri
Yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə üzərindən bizi izləməyi unutmayın:
Binanızın sabahı üçün SABAH-ı seçin!