“TikTok” Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını almağı hədəfləyir.
Şirkətdən bildirilib ki, yeni texnologiya profil məlumatları, paylaşılan videolar və platformadakı davranışlar əsasında hesab sahibinin 13 yaşdan kiçik olub-olmadığını proqnozlaşdıracaq. Şübhəli hesablar moderatora yönləndiriləcək və hesabın bağlanıb-bağlanmaması ilə bağlı yekun qərar veriləcək.
Qeyd edilib ki, sınaq mərhələsi zamanı minlərlə yetkinlik yaşına çatmayan şəxsin hesabı silinib və bu yenilik yaxın həftələrdə tətbiq olunacaq.
Son xəbərlər
Son Xəbərlər