TIR-la “Hyundai” toqquşdu - 48 yaşlı kişi öldü

tir-la-hyundai-toqqusdu
Oxunma sayı: 417

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəza Bakı–Beyləqan avtomobil yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “MAN” markalı TIR “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Məmmədov Əlzamin Saday oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı