Mütləq Döyüş Çempionatında (UFC) qələbə qazanan Azərbaycan təmsilçisi Tofiq Musayev Bakıda çoşqu ilə qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu gün səhər saatlarında döyüşün keçirildiyi ABŞ-dən ölkəmizə qayıdıb.
T.Musayevi hava limanında azarkeşlər və federasiya rəsmiləri qarşılayıb.
Qeyd edək ki, Tofiq Musayev UFC-də çilili İqnasio Bahamondesə qalib gəlib.
Son xəbərlər
Son Xəbərlər