Tofiq Yaqublu haqda - Son qərar

tofiq-yaqublu-haqda
Oxunma sayı: 2277

Dələduzluqda təqsirli bilinən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmə bu gün yekun qərarını açıqlayıb.

Məhkəmə T.Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, T.Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəmnəsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub. Apellyasiya instansiyası hökmü dəyişdirmədən təsdiqləyib.