Tokayev Trampın təklifinə razılıq verdi

tokayev-trampin-teklifine-raziliq-verdi
Oxunma sayı: 1072

“ABŞ Prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayevi Qəzza sektorunun idarə edilməsi üçün yaradılan Sülh Şurasının tərkibinə qatılmağa, Qazaxıstanı isə təsisçi dövlətlərdən biri olmağa dəvət edib”.

“Qafqazinfo” “Tengrinews”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay bildirib.

“Dövlət başçılarının silsilə bəyanatlarından sonra ABŞ Prezidenti Donald Trampdan belə rəsmi müraciətin daxil olması faktını gizlətmək düzgün olmazdı”, - Jeldibay əlavə edib.

Mətbuat katibi Tokayevin göndərdiyi cavab məktubunda bu təklifə razılıq verdiyini qeyd edib. Onun sözlərinə görə, məktubda Tokayev həmçinin ölkəsinin Yaxın Şərqdə davamlı sülhün əldə edilməsinə, dövlətlərarası etimadın və qlobal sabitliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətini təsdiqləyib.

Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Qəzza ilə bağlı Sülh Şurasının yaradıldığını elan etmişdi.