Xəzərin sahilyanı rayonlarında genişmiqyaslı iqlim dəyişikliyi 2,5 milyondan çox insanın miqrasiyasına səbəb ola bilər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.
“Dünya Bankının qiymətləndirmələrinə görə, 2050-ci ilə qədər regionda təxminən 2,5 milyon insan iqlim faktorları səbəbindən daxili miqrasiya riski ilə üzləşə bilər”, - o deyib.
Tokayev vurğulayıb ki, Xəzər dənizinin üzləşdiyi fəlakətli vəziyyətə regiondakı genişmiqyaslı iqlim dəyişikliyi ilə birlikdə baxılmalıdır.
“Proqnozlara görə, bu əsrin sonuna qədər onun ayrı-ayrı hissələrində temperatur 5 dərəcə arta bilər. Bu, buzların əriməsini, su qıtlığını, quraqlığı və torpaqların deqradasiyasını gücləndirəcək”, - Tokayev əlavə edib.
Son xəbərlər
Son Xəbərlər