Toral öz qapısına elə qol vurdu ki... - Video

toral-oz-qapisina-ele-qol-vurdu-ki
Oxunma sayı: 880

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci liqasında avtoqol müəllifi olub.

“Qafqazinfo” xəbər verir ki, “Bursaspor”un formasını geyinən futbolçu “Antalyaspor”la səfər qarşılaşmasında topu öz qapısından keçirib.

Hadisə birinci hissəyə əlavə olunmuş 6-cı dəqiqədə baş verib. Bayramovun gözlənilməz avtoqolu ilə hesab 1:1 olub. Qarşılaşma da elə bu hesabla yekunlaşıb.

Matça start heyətində başlayan Azərbaycan millisinin üzvü 79-cu dəqiqədə əvəzlənib.