“Tottenhem” bu mövsüm 18-ci dəfə məğlub oldu

tottenhem-bu-movsum-18-ci-defe-meglub-oldu
Oxunma sayı: 1834

İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Tottenhem” evdə “Nottingem Forest”lə üz-üzə gəlib. Üç qolluq oyun London təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

Bu, “mahmızlar”ın bu mövsüm Liqada 18-ci məğlubiyyəti olub.

Qeyd edək ki, hazırda 79 xala malik “Liverpul” vahid liderdir. “Tottenhem” 37 xalla 16-cı pillədə qərarlaşıb. “Nottingem Forest” isə 60 xalı var.