Tovuza elə dolu düşdü ki... - Video

tovuza-ele-dolu-dusdu-ki
Oxunma sayı: 605

Axşam saatlarında Tovuz rayonunun Çobansığnaq kəndi ərazisinə güclü dolu yağıb.

“Qafqazinfo” xəbər verir ki, dolu yağışı təxminən 8-10 dəqiqə davam edib.

İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində yol infrastruktruna və ağaclara ziyan dəyib.

Qeyd edək ki, axşam saatlarından etibarən qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Yunis Quliyev