Tovuz rayonunun Qovlar şəhərində yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, ikimərtəbəli ev anidən alışmağa başlayıb.
Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizi Hissəsinin 3 yanğınsöndürən maşını və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.
Edilən müdaxilə nəticəsində evin müəyyən hissəsini yanğından mühafizə etmək mümkün olub.
Hadisənin səbəbləri araşdırılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər