Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb

tovuzda-itkin-dusen-10-yasli-qizin-meyiti-tapildi
Oxunma sayı: 19832

Ötən ilin noyabrında Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb.

"Qafqazinfo"nun xəbərinə görə, ötən il noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti bu gün axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb. Hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Elmar Əli