Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində kafe yanıb.
“Qafqazinfo”nun məlumatına görə, rayon sakini Qabil Qasımova məxsus, sahəsi 120 m²-ə yaxın olan kafedə anidən yanğın başlayıb.
Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülsə də, kafe əşyaları ilə birlikdə külə dönüb.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Bildirilib ki, bu, kafedə bir neçə ildə baş vermiş üçüncü yanğındır.
Faktla bağlı araşdırma aparılır.
FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Tovuz rayonunun Düz Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan obyektin yanar konstruksiyaları və bitişik sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyü 40 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər